İdman

Azərbaycan millisinin sabiq futbolçusu karyerasını başa vurub

Hazırda “Səbail”də çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov karyerasını bitirmək qərarına gəlib.

33 yaşlı müdafiəçinin davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları buna səbəb olub.

Qeyd edək ki, Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022 mövsümündə “Səbail”in formasını geyinib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl “İnter”, “Karvan”, AZAL, “Rəvan” və “Kəpəz” klublarında da çıxış edib. Rəhimov Azərbaycan millisində 9 oyun keçirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button