İdman

Azərbaycan klubu almaniyalı futbolçunu transfer edib

Birinci divizion klubu “Qaradağ Lökbatan” Almaniyadan futbolçu transfer edib.Apasport.az saytının məlumatına görə, Bakı klubu Fabian Zittlaunu heyətinə qatıb.31 yaşlı sol cinah müdafiəçisi 2021/22 mövsümü üçün sifariş ərizəsinə də salınıb. Paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək Zittlau artıq bu gün I divizionun II turunda “Kəpəz”ə qarşı ev oyununda debüt edə bilər.“Hanza”nın yetirməsi olan almaniyalı karyerası boyu əsasən ölkəsində həvəskar səviyyəli komandalarda iştirak edib. Yalnız 2016-2019-cu illərdə Sloveniyada “İnterblok” klubunun heyətində legioner həyatı yaşayan Fabian son olaraq Almaniyanın VI liqa komandası “Borussiya Lindental-Hohenlind”in şərəfini qoruyub.Həvəskar komandadan ötən ilin yanvarında ayrılan Zittlau “Qaradağ Lökbatan”a keçənə qədər 21 ay klubsuz qalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button