Cəmiyyət

Azərbaycan-İran sərhədində iki yeni gömrük-sərhəd buraxılış məntəqəsi inşa edilə bilər

“Gələcəkdə işğaldan azad olunmuş ərazilərin mərhələli şəkildə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsindən sonra həmin ərazilərə baxış keçirilərək geniş təhlillərin aparılması nəticəsində, tikinti işləri üçün ərazinin müəyyən edilərək ayrılması və müvafiq qaydada layihələndirilmə və qiymətləndirilmə işləri həyata keçiriləcək”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Report”a müsahibəsində Azərbaycan və İran sərhədində yerləşən və işğaldan azad olunan Xudafərin körpüsünün üzərində yeni gömrük keçid məntəqəsinin yaradılması ilə bağlı planlarından danışarkən bildirib.

Onun sözlərinə görə, bu proseslərdən sonra həmin ərazilərdə gömrük infrastrukturunun yaradılması haqqında düşünüləcək.

Komitə sədri xatırladıb ki, məlum işğala qədər İran İslam Respublikası ilə sərhəddə Füzuli rayonunun Horadiz qəsəbəsində “Horadiz” və Cəbrayıl rayonununda “Qız Qalası” gömrük-sərhəd buraxılış məntəqələri fəaliyyət göstərib.

O qeyd edib ki, eyni zamanda, İran tərəfi ilə razılaşdırılmaqla bərpa edilmiş yeni dövlət sərhədi boyunca Cəbrayıl rayonunun ərazisində (Xudafərin qəsəbəsində) şəxslərin, malların və nəqliyyat vasitələrinin Azərbaycan qanunvericiliyi çərçivəsində keçidinin təmin edilməsi üçün müasir standartlara cavab verən yeni gömrük-sərhəd buraxılış məntəqəsinin inşası ilə əlaqədar iki ölkənin hökumətləri arasında aidiyyəti dövlət qurumlarının iştirakı ilə danışıqlar və qarşılıqlı müzakirələr aparılmaqdadır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button