İqtisadiyyat

Azərbaycan-İran-Rusiya enerji körpüsünün TİƏ sənədinin hazırlanması davam edir

“Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının enerji sistemlərinin birləşdirilməsi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması prosesi hələ davam edir.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın “Nefteqazovaya vertikal” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 2019 -cu ildə “Azərenerji” ASC, “Tavanir” (İran), “Vahid Enerji Sisteminin Sistem Operatoru”, “Rosseti” (Rusiya) şirkətləri arasında layihənin texniki-iqtisadi əsaslandırılmasının birgə hazırlanması barəsində razılaşma imzalanıb.
Üç ölkənin elektrik şəbəkələrini birləşdirmək üçün texniki-iqtisadi əsaslandırma hazırlamaq üçün beynəlxalq mühəndislik və konsaltinq şirkəti “Monenco Iran” cəlb edilib. Hazırda TİƏ sənədinin hazırlanması üzrə işlər davam etdirilir.
P. Şahbazov əlavə edib ki, texniki-iqtisadi əsaslandırmanın nəticələri həm enerji körpüsünün marşrutunu müəyyən etməyə, həm də iqtisadi səmərəliliyini müəyyən etməyə imkan verəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button