İdman

Azərbaycan Estoniyaya qalib gəlib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Milan Obradoviçin yetirmələri Estoniya ilə üz-üzə gəlib.

AVRO-2023-ün seçmə mərhələsinin A qrupunun görüşü Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunub. Final mərhələsinə çıxmaq şansını itirən autsayderlərin dueli sonuncu olmamaq uğrunda mübarizə baxımından önəm daşıyıb.

Qələbə həsrətində olan rəqiblərin duelində millimiz sevinən tərəf olub. Hər hissədə bir qol vuran Musa Qurbanlı komandamıza böyük üstünlük qazandırıb – 2:0. Son dəqiqələrdə isə Abdullah Xaybulayev üçüncü qolu vurub. Bununla da millimiz böyükhesablı qələbə qazanıb – 3:0.

Qeyd edək ki, bu gün qrupumuzda Xorvatiya – Avstriya oyunu da keçiriləcək.

21 yaşadək futbolçular arasında AVRO-2023-ün seçmə mərhələsi
A qrupu
25 mart
19:00. Azərbaycan – Estoniya – 3:0
Qollar: 
Musa Qurbanlı, 44, 66, Abdullah Xaybulayev, 88
Azərbaycan: 12. Əkpər Vəliyev, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev, 17. Rüfət Abdullazadə, 19. Nihad Quliyev, 20. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 1. Rüstəm Samuqullin, 2. Zamiq Əliyev, 6. İldar Ələkbərov, 8. Səbuhi Abdullazadə, 14. Kamran Quliyev, 15. Abdullah Xaybulayev, 16. Pərviz Azadov, 21. İsmayıl Zülfüqarlı, 23. Emil Səfərov
Baş məşqçi: Milan Obradoviç
Estoniya: 1. Evert Grünvald, 2. Kristo Hussar, 3. Mairo Miil, 6. Kristian Pelt, 7. Robi Saarma, 8. Mihkel Yarviste (k), 10. Nikita Komissarov, 11. Aleksandr Şapovalov, 15. Artur Şarnin, 20. Mark Ander Lepik, 23. Tanel Tammik
Ehtiyat oyunçular: 12. Kristen Lapa, 22. Karl Kaiser Kiidyarv, 4. Grauberg Lepik, 5. Danil Kuraksin, 13. Nikita Mihaylov, 16. Danil Pankov, 17. Dominik Laaneots, 19. Qleb Pevtsov, 21. Rasmus Kallas
Baş məşqçi: Sander Post
Baş hakim: David Alexander Munro (Şotlandiya)
Sumqayıt. “Kapital Bank Arena”

1 Xorvatiya 6 6 0 0 17-4 18
2 Norveç 6 5 0 1 18-6 15
3 Avstriya 7 4 0 3 18-9 12
4 Finlandiya 6 3 1 2 9-7 10
5 Azərbaycan 7 1 1 5 6-19 4
6 Estoniya 8 0 0 8 0-23 0

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button