İdman

Azərbaycan boksçuları MDB Oyunlarında mübarizəyə başlayır

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında boks yarışlarının püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, püşkə əsasən yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvlərinin də rəqibləri bəlli olub.
Bu gün start götürəcək boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün 1/4 final (ilkin) qarşılaşmaları, növbəti 2 gündə yarımfinal döyüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final görüşləri baş tutacaq.
Oğlanlar1/4 final mərhələsi46 kq. Ramal Yolçuyev – Temirxan Daniyarov (Qırğızıstan)48 kq. Tağı Nəsibov – Vadim Veçerski (Belarus)50 kq. İbrahim Zeynalov – Muinxon Mavlonov (Tacikistan)54 kq. Məhəmmədəli Qasımzadə – Farrux Tulaqanov (Özbəkistan)66 kq. Ziya Həsənov – Vladislav Kuznetsov (Belarus)
Qızlar1/2 final mərhələsi48 kq. Aysu İsmayılova – Anita Adişeva (Qazaxıstan)57 kq. Qızbəs İsgəndər – Rano Muratbayeva (Özbəkistan)63 kq. Emili Rzayeva – Kristina Qalkina (Rusiya)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button