Mədəniyyət

Azərbaycan beynəlxalq rəqs festivalında uğur qazanıb

Özbəkistanın Xiva şəhərində keçirilən “Lazgi” Beynəlxalq Rəqs Festivalında iştirak edən Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblı aprelin 29-da axşam qala-konsert proqramında iştirak edərək, dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas arasında 2-ci yerə layiq gürülüb.

APA xəbər verir ki ansamblın solistləri, əməkdar artistlər Elnur Süleymanov, Nigar Şahmuradova, Viktoriya Şahmuradova və Günel Şeyxovanın əsrarəngiz rəqsləri, eləcə də kollektiv çıxışlar tamaşaçı və münsiflər tərəfindən rəğbətlə qarşılanıb.

Özbəkistan mədəniyyət naziri Ozodbek Axmadoviç Nazarbekov Azərbaycan artistləri ilə görüşərək onları qazanılan uğur münasibəti ilə təbrik edib.

Öz növbəsində, ansamblın direktoru kollektiv adından Özbəkistan Dövlət Rəqs ansamblı “Baxor” ansamblına milli qadın rəqs geyimi hədiyyə edib.

Kollektivə əməkdar mədəniyyət işçisi Elçin Abbasov rəhbərlik edib.

Baletmeyster əməkdar artist Ceyhun Qubadovdur.

Qubadovdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button