“Azərpoçt” yeni layihə həyata keçirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC poçt xidmətləri ilə bağlı yeni layihəyə başlayıb.
MMC-dən “APA-Economics”ə verilən məlumata görə, belə ki, Sədərək Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə sürətli çatdırılması həyata keçirilir.Bakıda göndərişlərin çatdırılması gün ərzində, bölgələrə isə 2 günə təmin olunur.
Ölkədaxili ən sürətli və ən sərfəli poçt xidmətlərini təqdim edən “Azərpoçt” yeni xidmət sayəsində vətəndaşların rahatlığını təmin edərək qeyd edilən ticarət mərkəzindən alınan məhsulları ( qida və tez xarab olan mallar istisna olmaqla) bir başa ünvana çatdırır.
Xidmət onlayn (vətəndaşların internet vasitəsilə dükanlardan aldığı məhsullar) sifarişlərə də şamil olunur.