Gündəm
“Azərişıq”-ın əməkdaşı Laçında minaya düşdü

“Azərişıq” ASC-nin əməkdaşı ötən gün Laçında minaya düşüb. Yerli KİV-lər xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb.
Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.
Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.