Gündəm

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Ötən gündən başlayan güclü külək səbəbiylə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Bakıda və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb ediliməsi ilə bağlı tapşırıq verilib.

Bəzi ərazilərdə güclü külək ağacları, dam örtüklərini və kənar əşyaları xətlərin üzərinə aşırıb və qəzalara səbəb olub. Nəticədə naqillər və dayaqlar yararsız hala düşüb. Dərhal əraziyə cəlb olunan Qəza xidmətinin əməkdaşları müəyyən vaxt çərçivəsində bərpa işləri həyata keçirib. Gecə boyu fasiləsiz iş rejimində çalışan Qəza xidməti əksər qəza yerlərini qısa vaxtda elektrik enerjisi ilə təmin edib. Bakı şəhəri üzrə qəzalar aradan qaldırılıb. Regionlarda bir neçə ünvanda qəzaların aradan qaldırılması işləri yekunlaşmaq üzrədir.

“İstehlakçılar elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar”, – deyə qurum bəyan edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button