İqtisadiyyat

“Azəriqaz”ın yığım göstəriciləri açıqlanıb

Bu ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyi üzrə yığım səviyyəsi 97 % olub.

Bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumda media və QHT nümayənləri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, qazın sərfiyyatına görə ödənişlər əhali sektoru üzrə 95 %, qeyri-əhali üzrə 87 % təşkil edib.

“Azəriqaz”ın Baş direktoru yeni abonentlərin sayına gəldikdə isə bildirib ki, 5 903 yeni abonent qeydə alınıb: “Yeni abonentlərin 5 639 nəfəri əhali, 262-i isə qeyri-əhali qrupu üzrə olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button