Cəmiyyət
“Azəriqaz”ın baş direktoru Şamaxı və Qobustan sakinlərinin müraciətlərini dinləyəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Şamaxı rayonunda vətəndaşları qəbul edəcək.
Birlikdən verilən məlumata görə, sabah saat 11:00-da Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutacaq görüş zamanı Şamaxı və Qobustan rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Ağsu Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.