Cəmiyyət

Azərbaycanlı yapon dili müəllimi ordenlə təltif olunub

Yaponiya Hökuməti 2021-ci il payız mövsümü üzrə Orden ilə təltif edilmiş xarici vətəndaşların adlarını elan edib.

İstiqlal.az xəbər verir ki, Azərbaycandan Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Uzaq Şərq dilləri və Ədəbiyyatı Kafedrasının Müdiri, professor Oqtay Cəlilbəyli Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising Sun, Gold Rays with Rosette) ilə təltif olunub. Bu mükafat ona Azərbaycan Respublikasında yapon dili və yapon mədəniyyətinin davamlı təbliğatına və Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinə verdiyi töhfələrə görə, verilib.

Xarici vətəndaşların orden ilə təltif edilməsi, Yaponiya ilə dostluq əlaqələrinin inkişafında böyük əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.

Yaxın zamanda, Yaponiyanın Azərbaycandakı Səfiri tərəfindən orden sahibinə orden və diplomun təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button