Mədəniyyət

Azərbaycanlı rəssamın əsərləri Türkiyədə sərgidə nümayiş olunur

Türkiyənin İstanbul şəhərində 2-ci “Sənət və Tarix” sərgisi işə başlayıb.

Trend-in məlumatına görə, sərgidə Azərbaycan rəssamı Nurlana Hacıyevanın əsərləri də nümayiş etdirilir.

Sərgi erkən orta əsrlər dövründən qalmış “Antic Cisterna” salonunda keçirilir. Azərbaycanlı rəssamla yanaşı, tədbirdə 20-yə yaxı rəssamın işləri təqdim olunur.

Sərgi martın 2-dək davam edəcək.

Qeyd edək ki, N.Hacıyevanın əsərləri bir müddət əvvəl Londonda Azərbaycan rəssamlarının sərgisində, Bakıda İtaliya Səfirliyinin təşkil etdiyi “Futurismo Ora” sərgisində nümayiş etdirilmişdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button