Mədəniyyət

Azərbaycanlı pianoçu İstanbulda “Xocalıya” adlı əsərini təqdim edib

İstanbul şəhərində azərbaycanlı pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadənin konserti keçirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir İstanbulun “Cemal Reşit Rey” zalında baş tutub.

Beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Abuzər Manafzadə özünün “Xocalıya”, Vaqif Mustafazadənin “Piano konserti”, Tofiq Quliyevin “Qaytağı” və Motsartın “Türk marşı” əsərlərini pianoda ifa edib.

Qeyd edək ki, konsertdə Türkiyədə və Azərbaycandan tanınmış elm və incəsənət, ictimai-siyasi xadimlər iştirak ediblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button