İdman

Azərbaycanlı paracüdoçuda koronavirus aşkarlanıb, millinin bayraqdarı dəyişdirilib

Azərbaycanlı paralimpiya çempionu, paracüdoçu Ramil Qasımovdan Tokioda Atletlər kəndində götürülən Covid-19 PCR test nümunəsi pozitiv çıxıb.Apasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.Bildirilib ki, bir neçə saat sonra təkrar test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün paracüdoçumuz Tokioda xüsusi karantinə yerləşdirilib və Tokio Yay Paralimpiya Oyunlarından kənarlaşdırılıb. Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.Onunla yaxın təmasda olan paracüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Paracüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər. Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib.Qeyd edək ki, 11 cüdoçumuz arasında İki qat paralimpiya çempionu İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev olacaq.İdmançılarımızın səhətində heç bir problem yoxdur, hamısı yarışa tam hazırdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button