Cəmiyyət

Azərbaycanlı gənc alim Londonda elmi konqresdə çıxış edib

Martın 21-i Böyük Britniyanın paytaxtı London şəhərində “Qabaqcıl Materialşünaslıq elmi üzrə 3-cü Dünya Konqresi” keçirilib. Konqresdə Azərbaycandan dəvət olunmuş gənc elmi araşdırmacı, “Baku Steel Company” QSC-nin şirkətinin Baş Direktorunun İstehsalat üzrə 1-ci müavini Ramin İsmətbəy oğlu Kərimov “Metallizləşdirilmiş xammalardan istifadə etməklə Elektrik Qövs Sobalarında (EQS) polad istehsalı” mövzusunda elmi məruzə ilə çıxış edib.

Mövzu gənc alim və mühəndisin apardığı yeni innovativ texnologiyaların tədqiqi və onun istehsalatda tətbiqinə həsr olunub. Belə ki, dəmir filizindən alınan metallizləşdirilmiş xammallardan (HBİ, DRİ) resurslara qənaətli əritmədə istifadə bu gün dünya metallurgiyasında aktual mövzu olmaqla yanaşı, Daşkəsən Dəmir filizi yataqlarının işlənməsini və burada həmin xammalların istehsalının təşkilini nəzərə alsaq, ölkəmiz üçün də çox önəmlidir.

Ramin Kərimov, metal tullantılarına alternativ xammal olan bu məhsullardan elektrik poladəritmə daha çox resurslara qənaətli və daha çox iqtisadi səmərə ilə əridilməsini elmi əsaslarını və praktik tətbiq sxemlərinin geniş izahını verib.

Mütəxəssisin çıxışı Londonda konqres iştirakçılarının və elm adamlarının böyük marağına səbəb olub.

Xatırladaq ki, Ramin Kərimov 60-a yaxın eli məqalənin, 1 elmi ixtiranın, 1 elmi monorafiyanın müəllifidir və ötən il Texnika üzrə Elmlər Doktoru elmi dərəcəsi üçün dissertasiyada müdafiə edib.

Eyni zamanda Ramin Kərimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Materialşünaslıq və emal texnologiyaları” Kafedrasında müəllim kimi Magistr tələbələrə dərs deyir.

Ramin Kərimov həmçinin Birləşmiş Ərəb Əmirliyinin Fujeyra şəhərində yerləşən, illik istehsal gücü 1 milyon ton polad istehsalı olan “United Steel İndustries” zavodunun tikintisinə və işə başlamasına rəhbərlik edib. O, Sumqayıt şəhərində Kimya Sənaye Parkında yerləşən, Azərbaycanda ilk dəfə Ferroərintilər istehsalı ilə məşğul olan, “Baku Non Ferrous and Foundry Company” zavodunun idea müəllifi olmaqla yanaşı, bu zavodun da tikintisinə və işə başlamasına rəhbərlik edib (“AzPolitika.info”)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button