İdman

Azərbaycanlı futbolçu Ukrayna yığmasına çağırıldı

 “Minay”da (Ukrayna) çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev Ukraynanın U-21 millisinə çağırılıb.

Qol.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotanın Avro-2023-ün seçmə mərhələsində Şimali Makedoniya və Serbiya ilə oyunlar üçün açıqladığı siyahıda 19 yaşlı yarımmüdafiəçinin də adı var. Ancaq onun adı hələlik ehtiyat siyahıya salınıb.

Qeyd edək ki, E. Quliyev Azərbaycan millisinə də namizəd futbolçulardan hesab olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button