Mədəniyyət

Azərbaycanlı aparıcı və aktrisa “Netflix”də yayımlanacaq filmdə rol alıb

Aparıcı və aktrisa Turanə Hüseynli “Netflix” platformasında yayımlanacaq filmdə rol alıb.

“Report” xəbər verir ki, aktrisanın çəkildiyi ekran işi Hindistan Kinematoqrafçıları tərəfindən lentə alınıb.

“KakP” adlanan filmin rejissorları Ankuş Madan Mohla və Gilerme Barettodur. Çəkilişləri Bakıda aparılan layihəni “Disney+Hotstar” şirkəti ərsəyə gətirib.

Filmin, eyni zamanda Hindistanın “Netflix” platformasında yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Turanə Hüseynli indiyədək “Xosrov və Şirin”, “İfşa” seriallarında, “Həmrəylik” filmində rol alıb. O, həmçinin AYV-də yayımlanan “Oralar”, İctimai Televiziyada “Sabahın xeyir, Azərbaycan!”, “Haradasan bu vaxtacan?” verilişlərinin aparıcısı olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button