Mədəniyyət

Azərbaycanlı aktrisa vəfat edib

Bakı. Orxan Nəbiyev – Trend:
Rusiyada sovet aktrisası, RSFSR xalq artisti, Azərbaycan SSR əməkdar artisti Tamilla Ağamirova vəfat edib.
Trend-in məlumatına görə, 93 yaşlı aktrisanın ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, T.Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və Moskva Bədii Teatrının məktəb-studiyasını bitirib. 1952-ci ildən “Romen” Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub.

O, “Don Kixot”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Matteo Falkone”, “Koroğlu”, “Zəncirlənmiş adam”, “Yenilməz batalyon” kimi filmlərdə rol alıb.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button