İqtisadiyyat

“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar var”

Bu ilin ilk beş ayında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 4%-ə yaxın artıraraq 1,1 mlrd. ABŞ dollarını ötüb. 
“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır və bu, müsbət bir trenddir, göstəricilərin bir qədər də artırılması üçün geniş imkanlar var.
D. Volvaç onu da əlavə edib ki, bu il ticarət dövriyyəsi üzrə müsbət göstəriciyə çıxmaq haqqında danışmaq üçün əsaslar var.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button