İqtisadiyyat

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlara başlanılır

Gələn ay “Pakistan Beynəlxalq Hava Yolları” (PİA) şirkəti ölkənin iki şəhərindən Azərbaycana uçuşlara başlayacaq.

Bu barədə Pakistan yerli mətbuatı xəbər verir.

Məlumata görə, Pakistanın milli aviadaşıyıcısı martın 16-dan başlayaraq hər həftənin çərşənbə günləri Kəraçinin Cinnah Beynəlxalq Hava Limanından, martın 19-dan başlayaraq isə hər həftənin şənbə günləri Lahorun Əllamə İqbal Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna reyslər təşkil edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button