İdman

“Azərbaycanla matçda qələbə qazanmaq istəyirik” – Feliks Sançes

“Bizim üçün bu qrupdakı komandalarla oynamaq əla təcrübə idi”.

Qol.az xəbər verir ki, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes Azərbaycanla keçiriləcək yoldaşlıq görüşü öncəsi deyib.

Martda Macarıstanda yığmamız üzərində 2:1 hesablı qələbə qazanan asiyalılar sabah Bakı Olimpiya Stadionunda revanş matçına çıxacaq.

İspaniyalı mütəxəssis mətbuat konfransında millimizin yer aldığı qrupdakı yığmalarla yoldaşlıq görüşü keçirməyin dünya çempionatına hazırlıq mərhələsində komandasının xeyrinə işləyəcəyini bildirib:

“Bu qrupdakı komandalarla oynamaq asan deyildi, top-komandalarla qarşılaşdıq. Bizim üçün asan olmadı. Məqsəd dünya çempionatına yaxşı vəziyyətdə yollanmaqdır. Bir oyunumuz qalıb. Sabahkı matçdan da yararlanmağa çalışacağıq”.

– Sabahkı oyunla bağlı gözləntiləriniz nədir: qələbəni düşünürsünüz, yoxsa yoldaşlıq görüşü olduğu üçün çox yüklənməyəcəksiniz?

– Bizim Avropadakı hər oyuna rəsmi matç kimi baxırıq. Bütün matçlara nəticə üçün çıxırıq. Sabah da həmçinin qələbə qazanmaq istəyirik. Martda Macarıstandakı görüşə qələbə üçün çıxmışdıq, sabah da fərqli olmayacaq.

– Sabahkı matçda heyətdə dəyişikliklər olacaq?

– Bəli, bəzi dəyişikliklər olacaq. Bu gün son məşqimizi keçəcəyik. Məşqdən sonra özünü yaxşı hiss etməyən oyunçuları müəyyənləşdirdikdən sonra heyəti quracağıq. (Apasport.az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button