Siyasət

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və İtaliya Respublikası Baş Qərargahının nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq planı üzrə qərargah görüşü keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Ordusu ilə İtaliya Silahlı Qüvvələri arasında cari əməkdaşlığın vəziyyəti, perspektivlər, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sonda növbəti illər üzrə ikitərəfli əməkdaşlığın sahələri və fəaliyyətlər müəyyən edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button