Azərbaycanla BTİ arasında münasibətlər dinamik şəkildə inkişaf edir

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının martın 21-də işə başlayan iclasında iştirakla əlaqədar Cenevrədə işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov və təşkilatın Baş katibi Houlin Jao arasında ikitərəfli görüş keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla BTİ arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyi və əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.
Görüş zamanı həmçinin cari ilin sonunda Buxarest şəhərində keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransına hazırlıq barədə müzakirələr aparılıb. Baş katib Houlin Jao Azərbaycana Səlahiyyətli Konfrans zamanı seçkilərdə Şuraya və Radio Tənzimləmə Bürosuna namizədlik üzrə uğurlar arzu edib.