İdman

Azərbaycanın U-21 yığması ilk xalını qazanıb

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində üçüncü matçını keçirib.
Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparan yığmamız Finlandiya ilə qarşılaşıb.
Bu, Milan Obradoviçin yetirmələrinin ilk ev sınağı olub. Bunadək səfərdə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabı ilə uduzan yığma uğursuz seriyaya son qoyub.
Komandamız Sumqayıtdakı “Kapital Bank Arena”nı bir xalla tərk edib – 1:1. İkinci hissədə qol buraxan millini Rauf Hüseynlinin final fitinə 4 dəqiqə qalmış vurduğu top məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, qrupun bu gün keçirilən digər oyunlarında Xorvatiya Norveçi 3:2 hesabı ilə yenibsə, Estoniya – Avstriya matçı hələ başa çatmayıb.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsiA qrupu, 8 oktyabr20:30. Azərbaycan – Finlandiya – 1:1Qollar: Rauf Hüseynli, 86 – Daniel Hekans, 75Baş hakim: Viktor Şimusik (Belarus)Sumqayıt. “Kapital Bank Arena”

1

Norveç

2

2

0

0

8-1

6

2

Xorvatiya

2

2

0

0

4-0

6

3

Avstriya

3

2

0

1

9-3

6

4

Finlandiya

3

1

1

1

4-3

4

5

Azərbaycan

3

0

1

2

1-9

1

6

Estoniya

3

0

0

3

0-10

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button