İdman

Azərbaycanın U-19 millisi seçmə mərhələni qələbə ilə başa vurub

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

“Report”un məlumatına görə, Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı 3-cü sınağında Lüksemburq yığması ilə qarşılaşıb. Vilts şəhərindəki “Poetz” stadionunda oynanılan görüş Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.

Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button