İqtisadiyyat

Azərbaycanın svalyuta ehtiyatı 195 milyon dollar artıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,4 faiz və ya 195 milyon dollar artaraq 53,4 milyard dolları ötüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 faiz artaraq 7,2 milyard dollara yaxın olub.

“Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ümumi daxili məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir. Son hadisələr qeyri-neft əmtəə və xidmət ixracının artım tempinə, eləcə də ölkəyə daxil olan pul baratlarının həcminə və qeyri-neft sektoruna investisiyaların dinamikasına da təsir edəcək”, – məlumatda deyilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button