İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

2021-ci ilin iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 50,560 mlrd. ABŞ dolları təşkil edib.
“APA-Economics”in Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, ehtiyatlar 2020-ci ilin ÜDM-nin 118,7%-nə bərabər olub.
Qeyd edək ki, ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 1,3%, təkcə II rübdə isə 2,9% artıb.
Xatırladaq ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozlarına əsasən, bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları il ərzində 0,4% artaraq 50,1 mlrd. ABŞ dollarına çatacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button