İqtisadiyyat

Azərbaycanın “Şahdəniz”dən gəlirləri 10 dəfəyədək artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 405 475 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,6 dəfə çoxdur.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.05.2022 tarixinə) 96 995 min dollar olub, bu da 2,3 dəfə artım deməkdir.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button