İdman

Azərbaycanın sərbəst güləşçilərinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start veriləcək.

Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, qitə birinciliyinin ilk 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Bu gün püşkatma mərasimi keçirilib və bu növdə Azərbaycanı təmsil edəcək idmançıların rəqibləri müəyyənləşib.

Belə ki, Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində ispaniyalı Levan Metreveliylə qarşılaşacaq, İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenlə üz-üzə gələcək.

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. Millinin liderinin bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) – Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.

Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antalla münasibətləri aydınlaşdıracaq.

Turan Bayramov (74 kq) 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevlə gücünü sınayacaq.

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək. Abubakr Abakarov (86 kq) 1/8 finalda moldovalı Denis Balaurla qarşılaşacaq.

Osman Nurmaqomedov (92 kq) yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi ya Simyone Yannattoni (İtaliya), ya da Radoslav Marçinkieviç (Polşa) olacaq.

Maqomedxan Maqomedov (97 kq) təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq. Aydın Əhmədov (125 kq) debütdə alban Paris Karepi ilə qarşılaşacaq.

Qeyd edək ki, sabah 57, 65, 70, 79 və 97, ertəsi gün isə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən güləşçilər mübarizəyə başlayacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button