İqtisadiyyat

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4%-dək artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1,780 mrld. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 545,051 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 17,6% çoxdur. İdxal isə 1,235 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 1,1% azdır.
Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 690,180 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 12,2% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button