İdman

“Azərbaycanın rəqibimiz olmasından razıyam”

Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç Azərbaycan və Küveyt milliləri ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışıb. 

Qol.az lff.lv-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis bu qarşılaşmalarınonun komandasının inkişafına kömək olacağını düşünür:

“Qarşıdakı yoldaşlıq görüşlərində məqsəd iyunda keçiriləcək Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaq olacaq. Küveyt və Azərbaycanın rəqib seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam. Ötənilki üslubu nəzərə alsaq, performans və inkişaf üçün bu matçlar bizim üçün vacibdir. Əlbəttə ki, oyunlar zamanı müəyyən dəyişikliklər olacaq. Amma bu, rotasiya sayılmamalıdır”.

Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, 29-da isə Azərbaycanla qarşılaşacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button