İqtisadiyyat

Azərbaycanın qızıl və gümüş satışını artırıb

“AzerGold” QSC tərəfindən bu günə qədər daxili bazarda ümumilikdə 3 660 unsiya qızıl, 14,6 min unsiya gümüşün satışı həyata keçirilib.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, bu satış əməliyyatları nəticəsində dövriyyəyə ümumilikdə 11,6 mln. manat vəsait cəlb edilib ki, bu da ötən illə müqayisədə 7 dəfə çoxdur.

“Daxili bazarda xammal qismində 966 unsiyadan çox qızıl, 14,5 min unsiya gümüşün satışı (“Azərsuvenir” MMC-yə) həyata keçirilib. Nəticədə dövriyyəyə 3,7 mln. manat məbləğində vəsait cəlb edilib (ümumi daxili satışın 30%)”, – deyə Z. İbrahimov qeyd edib.

O həmçinin əlavə edib ki, daxili bazarda hazır məhsul, yəni sikkə və külçələr qismində 2 694 unsiya qızıl, 86 unsiya gümüşün satışı həyata keçirilib. Nəticədə dövriyyəyə 7,9 milyon manat cəlb edilib (ümumi daxili satışın 70%).

“Məhsullarımızın satışında kəskin artım xüsusilə Satış mərkəzimiz fəaliyyətə başladıqdan sonra qeydə alınıb. Bilirsiniz ki, sentyabr ayında ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə Cəmiyyətin ilk Satış və mübadilə mərkəzi istifadəyə verildi. Sentyabr ayından bu günədək ümumilikdə 2 109 unsiya qızılın satışı həyata keçirilib və dövriyyəyə 6,9 milyon manatdan çox vəsait cəlb edilib (öz məhsullarımızın illik satışının 87%)”, – deyə Z. İbrahimov əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button