İqtisadiyyat

Azərbaycanın qeyri-neft ÜDM-i bu il 7% artacaq

Bu il Azərbaycanda qeyri-neft ÜDM-nin istehsalının 7,1% səviyyəsində artacağı gözlənilir.
“APA-Economics”in məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında deyilir.
Artımın əsas drayverləri xidmət sektorunun aktivləşməsi, kənd təsərrüfatı və qeyri-enerji istehsalında güclü böyümə olacaq.
Qeyd edilir ki, qeyri-enerji sektorunun dinamikası, dövlət investisiyaları, o cümlədən münaqişə sonrası yenidənqurma proqramları ilə birlikdə ümumi iqtisadi artımı dəstəkləyəcək.
“Enerji sektorunun artımının əvvəlcədən təyin edilmiş “OPEC+” kvotalarına və 2023-cü ilə qədər təbii qaz hasilatının gözlənilən artımına uyğun olaraq sabitləşəcəyi proqnozlaşdırılır, bu da enerji ilə əlaqəli istixana qazı emissiyalarını ümumi azalmasını yavaşladacaq”, – hesabatda bildirilib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-i 2,6% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button