İqtisadiyyat

Azərbaycanın qeyri-neft ÜDM-i bu il 4,5% artacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft ÜDM-i 4,5% artacaq.
“APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir. 2022-ci ildə qeyri-neft ÜDM-in 3,5% artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında bu il Azərbaycanda qeyri-neft ÜDM-in istehsalının 7,1% səviyyəsində artacağı gözlənildiyi bildirilir. Artımın əsas drayverləri xidmət sektorunun aktivləşməsi, kənd təsərrüfatı və qeyri-enerji istehsalında güclü böyümə olacaq. Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft ÜDM-in artım tempi artıq 6,2% çatıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-i 2,6% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button