İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı kəskin artıb

Azərbaycanda qeyri-neft ixracının artım tempi bu ilin yanvar-sentyabr aylarında 40% təşkil edib.
“APA-Economics” xəbər verir ki bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda Bakıda təşkil olunan tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bununla yanaşı, bu ilin səkkiz ayı ərzində qeyri-neft sənayesi 18,7% artıb.
“Biz artan iqtisadi dinamikanı aktiv vergi ödəyicilərinin artımında da görürük. Belə ki, ilin doqquz ayında bu rəqəm 5% artıb”, – deyə M. Cabbarov qeyd edib.
O həmçinin əlavə edib ki, qeyri-neft sektorunun xüsusi çəkisi 10 il ərzində 48%-dən 70%-də artıb.
“Qeyri-neft sektorunun inkişafının əlverişli mexanizmi sayılan sənaye zonalarında indiyədək bütün istehsal həcmi 4,3 mlrd. manatdan çox olub. Burada qoyulan toplam sərmayələrin həcmi isə 6,1 mlrd. manat təşkil edib”, – deyə nazir qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button