İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı fevralda 24% artıb

2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda deyilir/

 

2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln. dollar artaraq 92,3 mln. dollar təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16,5% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln. dollar olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 mln. dollar təşkil edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button