Cəmiyyət
Azərbaycanın Ombudsmanı Türkiyədə səfərdədir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva Türkiyəyə səfərə gedib.
O, Bursa şəhərində tədbirdə iştirak edib.
Bildirilib ki, o Türk dünyası mədəniyyət paytaxtı Bursada Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Haqları İnstitutları İttifaqının yaranma tədbirində iştirak edib.