İqtisadiyyat
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 62 591,88 min ABŞ dolları dəyərində 117 238,73 ton neft məhsulları ixrac edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 34,05% artıb, həcmi isə 5,1% azalıb.
Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.