Dünya

Azərbaycanın müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərədaşlıq, bölgədə təhlükəsizliyin önəmi və birgə layihələrin uğurla həyata keçirilməsi müzakirə olunub.
Tərəflər hərbi təhsil sahəsində əməkdaşlığı və mövcud ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini də nəzərdən keçiriblər.
İ.Qaribaşvili azərbaycanlı nazirə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyinə görə minnətdarlığını bildirib. Qeyd olunub ki, Gürcüstan tərəfi münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır və regionda sülh və sabitliyin təminatı üçün dialoqu davam etdirməyə hazırdır.
Müzakirələr zamanı müxtəlif sahələrdə uğurlu ikitərəfli əməkdaşlıq, o cümlədən Avropa qitəsinin enerji təhlükəsizliyində Azərbaycan və Gürcüstan ərazisindəki enerji və nəqliyyat magistrallarının mühüm rolu da vurğulanıb.
Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlığa da diqqət yönəldilib. Qeyd olunub ki, bu format unikal regional formatdır və yüksək rəsmi şəxslər, xarici işlər, müdafiə nazirləri və digər qurumlar səviyyəsində mühüm məsələlərin müzakirəsinə imkan verir. Baş nazir Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində imzalanacaq 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planını alqışlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button