İqtisadiyyat

Azərbaycanın MDB ölkələrinə yatırdığı investisiyaların həcmi açıqlanıb

2020-ci ilin sonuna Azərbaycanın MDB məkanında yığılmış birbaşa xarici investisiyalarının (BXİ) həcmi 2,904 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə Avrasiya İnkişaf Bankının hesabatında deyilir.

Məlumata görə, Azərbaycanın MDB-yə yönəltdiyi birbaşa xarici investisiyalarının həcmi 2019-cu ilin sonu ilə müqayisədə 2,1% azalıb. Qoyulan kapitalın əsas hissəsi Gürcüstan (47%-i), Ukrayna (37%) və Rusiyada (9,3%) akkumulyasiya olunub.

Hesabatda qeyd edilir ki, investisiyaların 2016-cı ildəki 1,9 mlrd. dollardan 2,9 mlrd. dollara qədər artımı əsasən Ukraynada telekommunikasiya sektoruna qoyulan investisiyalarla bağlıdır.

Qeyd edək ki, UNCTAD-ın məlumatına görə, Azərbaycan kapitalının xaricdəki ümumi həcmi 26,8 mlrd. dollar təşkil edir. Beləliklə, ölkənin MDB ölkələrinə investisiya qoyuluşları ümumi xarici investisiyaların 10,8%-nə bərabər olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button