İqtisadiyyat

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 6% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artaraq 2,792 mlrd. ABŞ dollarına çatıb.
APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,7% artaraq 1,063 mlrd. dollar, idxal isə 1% azalaraq 1,729 mlrd. dollara enib.
Nəticədə, cari ilin ilk səkkiz ayında 665,823 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 23,1% azdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button