İqtisadiyyat

Azərbaycanın maliyyə aktivlərinin dinamikası öhdəliklərin artımını üstələyib

Bu ilin ilk yarısında Azərbaycanın xalis maliyyə aktivləri 695,6 mln. ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa investisiyalar (182,7 mln. dollar), portfel investisiyaları (255 mln. dollar) və digər investisiyalar (257,9 mln. dollar) hesabına formalaşıb.
“APA-Economics”in Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 117,1 mln. dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (76,6 mln. dollar), neft bonusu (452,1 mln. dollar), portfel investisiyaları (0,6 mln. dollar) və digər investisiyalar (-412,2 mln. dollar) hesabına formalaşıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button