İqtisadiyyat

Azərbaycanın İranla ticarət dövriyyəsi 25%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 256,011 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,4% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 19,236 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 14,6% azdır. İdxal isə 236,775 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 30,3% çoxdur.
Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 217,539 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 36,7% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button