İqtisadiyyat
Azərbaycanın İrandan idxalı yanvarda 24% artıb

Bu ilin yanvar ayında Azərbaycanın İran ilə ticarət dövriyyəsinin həcmi 36,534 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 21,6% çoxdur.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, yanvarda ölkənin İrana ixracı illik müqayisədə 12,7% azalaraq 1,449 mln. dollar, idxal isə 23,6% artaraq 35,085 mln. dollar təşkil edib.