Gündəm

Azərbaycanın İrandakı səfiri dəyişdi

Azərbaycanın İrandakı səfiri və  İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Bünyad Hüseynov vəzifələrindən geri çağırılıb. 

Bununla bağlı avqustun 7-si Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Prezidentin başqa sərəncamları ilə  Əli  Əlizadə Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda  İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib. 

Ə.Əlizadə bundan əvvəl  Azərbaycanın Pakistanda səfiri (2016–2021) və İranın Təbriz şəhərində baş konsulu (2010–2016) olub. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button