İqtisadiyyat

Azərbaycanın iki bağlanmış bankının əmlakı hərraca çıxarılacaq

Yanvarın 12-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Royal Bank” ASC-nin avadanlıq və əşyalarının, yanvarın 19-da isə “Bank Standard” QSC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Xatırladaq ki, “Bank Standard”a məxsus, ümumi sahəsi 9 241,5 kv.m olan qeyri-yaşayış sahəsinin satışı ilə bağlı dekabrın 22-nə təyin olunmuş ilkin hərrac baş tutmamadığından, təkrar hərracın keçirilməsinə qərar verilib. Əmlaka 29 milyon manat qiymət qoyulub. “Royal Bank”a məxsus daşınar əmlakların qiyməti isə 10 min manatdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button