İqtisadiyyat

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı 5,3% artıb

Azərbaycanın milli domen zonasında (“.az”) 37 891 internet resursu qeydə alınıb.
“APA-Economics”in “WHOIS” portalının hesabatı əsasında apardığı hesablamalarına görə, cari ilin əvvəlindən “.az” domenində qeydiyyatdan keçən saytların sayı 5,3% artıb.
Qeydə alınan saytların ümumi sayının 35 444-ü birinci səviyyəli domen zonasına aiddir ki, bu göstərici üzrə yanvar-sentyabr ayları ərzində 5,4% artım müşahidə olunub.
Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə bu ilin ilk doqquz ayında qeydiyyatdan keçən saytların sayı 1,7% artaraq 1 352 ədəd təşkil edib. Populyarlığına görə üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. Bu domendə 524 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlinin göstəricindən 11,2% çoxdur.
Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.
Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçən saytlar

org.az

172

co.az

136

info.az

108

net.az

71

int.az

28

biz.az

26

pp.az

19

name.az

10

pro.az

1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button