İdman

Azərbaycanın daha bir olimpiya çempionu karyerasını bitirə bilər

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov yaxın vaxtlarda karyerasını başa vura bilər.

Bu barədə “Report”a 30 yaşlı idmançının özü açıqlamasında bildirib.

Əsgərov səbəb kimi zədələrdən bərpa ola bilməməsini göstərib: “Yenidən ağrıların yaranacağından ehtiyat edirəm. Ona görə nə karyeramı bitirə, nə də davam etdirə bilirəm. Hələlik, fərdi məşqlərlə kifayətlənirəm. Əlbəttə, karyeramı davam etdirmək istərdim. Lakin bel fəqərəmdə 5 sm-lik yırtığın olması mənə çətinlik yaradır”.

Əsgərov idmançı karyerasını bitirəcəyi təqdirdə, hansı sahədə çalışacağını deməkdə çətinlik çəkib: “Düzdür, özüm də mənə hansısa iş veriləcəyini ordan-burdan eşidirəm. Amma rəsmi səviyyədə heç bir təklif almamışam”.

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. “Rio-2016″da və 2010-cu il dünya çempionatında isə o, gümüş medal əldə edib. 2012-ci ildə Serbiyanın paytaxtı Belqradda Avropa çempionu olan idmançı Bakı-2015 I Avropa Oyunlarının da qalibidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button